Nəqliyyat sektorunda qeyri-neft yüklərinin daşınması 3,6 faiz artıb
Yanvar-iyul aylarında Azərbaycanda nəqliyyat sektorunda fəaliyyət göstərən təsərrüfat subyektləri tərəfindən 124,9 milyon ton və ya ötən ilin müvafiq dövrünə nisbətən 2,5 faiz çox yük daşınıb. Qeyri-neft yüklərinin həcmi isə 3,6 faiz artaraq, 87,6 milyon tona çatıb.
Dövlət Statistika Komitəsindən verilən məlumata görə, nəqliyyat vasitələri ilə daşınmış yüklərin 56,2 faizi avtomobil nəqliyyatı, 29,4 faizi boru kəməri, 9,84 faizi dəmir yolu, 4,6 faizi dəniz nəqliyyatı ilə həyata keçirilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB