İran-Azərbaycan iqtisadi əməkdaşlığı daha da genişlənəcək

İran-Azərbaycan iqtisadi əməkdaşlığı daha da genişlənəcək

İran Xarici İşlər Nazirliyinin mətbuat departamentinin rəhbəri Mərziyyə Əfxam Tehranda keçirdiyi həftəlik brifinqdə Azərbaycan-İran münasibətlərinə toxunub. Nazirliyin rəsmisi bildirib ki, avqustun əvvəllərində Bakıda keçirilən İran-Azərbaycan hökumətlərarası müştərək iqtisadi komissiyasının iclası çox uğurlu olub. İclasda müzakirə edilən məsələlər və imzalanan sənədlər iki ölkə arasında qarşılıqlı əməkdaşlığı, xüsusilə də ticari, iqtisadi əlaqələri daha da genişləndirəcək.

M.Əfxam deyib ki, hər iki ölkə rəhbərliyinin iradəsi qarşılıqlı faydalı əməkdaşlığa zəmin yaradıb. Ölkələrimiz arasında bütün sahələrdə əlaqələr mehriban qonşuluq prinsiplərinə əsaslanır.

Bütün xəbərlər Facebook səhifəmizdə