Azərbaycanın sığorta bazarı 9,9% artıb

Azərbaycanın sığorta bazarı 9,9% artıb

Bu ilin yanvar-iyul aylarında Azərbaycandakı 28 sığorta şirkətinin xətti ilə təxminən 251,7 milyon manat sığorta haqqı toplanıb. Azərbaycan Sığortaçılar Assosiasiyasından SİA-ya verilən məlumatına görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 22,7 milyon manat və ya 9,9% çoxdur.

2014-cü ilin ilk 7 ayında sığorta şirkətlərinin həyata keçirdiyi sığorta ödənişlərinin məbləği isə təxminən 78 milyon manat təşkil edib. Bu da 2013-cü ilin eyni dövrünə nisbətən 9,1 milyon manat və ya 13,2% çoxdur.

Hesabat dövründə sığorta bazarında toplanmış hər 100 manat sığorta haqqı müqabilində 31 manat ödəniş həyata keçirilib. Bu göstərici ötən ilin yanvar-iyul aylarında 30 manat olub.

Bütün xəbərlər Facebook səhifəmizdə