Neftçalada yeni poçt şöbəsi açılacaq

"Azərpoçt" MMC tərəfindən yaxın günlərdə Neftçala rayonunun ucqar Xol Qaraqaşlı kəndində eyni adlı poçt şöbəsinin açılması nəzərdə tutulur.

Qurumdan SİA-ya daxil olan məlumata görə, yeni şöbənin istismara verilməsi müqəddəs Ramazan bayramı ərəfəsinə təsadüf edəcək.

Qeyd edilib ki, əhalinin rahatlığını təmin etmək üçün yeni korporativ üslubda tikilən və müasir avadanlıqlarla təchiz edilən poçt şöbəsi, müştərilərə ənənəvi və qeyri-ənənəvi poçt xidmətləri təklif edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...