İqtisadiyyat və Sənaye Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlak bazarında növbəti monitorinq aparıb. Nazirlikdən SİA-ya verilən məlumata görə, Bakının Nizami, Nərimanov, Suraxanı, Nizami rayonlarında, Sumqayıt, Gəncə, Ağdaş, Xaçmaz, Cəlilabad, Şəki, Zaqatala şəhərlərində mağazalarda aparılmış yoxlamalar zamanı saxlama müddəti ötmüş və normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan 110 kiloqramdan çox ərzaq malı aşkar olunaraq satışdan çıxarılıb.
Qanun pozuntusuna yol vermiş şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun cərimələr tətbiq olunacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB