e-xidmətlərin siyahısına yenisi əlavə edilib

"TQDK-nın virtual ödəmə kartlarının onlayn və qısa mesaj (SMS) vasitəsilə satışı" xidməti "Elektron hökumət" portalına inteqrasiya olunub. SİA-nın xəbərinə görə, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) virtual ödəmə kartları (qəbul imtahanında istifadə etmək üçün - iş nömrəsi və şifr, sınaq imtahanlarında istifadə etmək üçün - seriya nömrəsi və PİN kod) elektron formada təqdim edilir.

Qeyd edək ki, artıq TQDK-nın "Elektron hökumət" portalı üzərindən təqdim olunan elektron xidmətlərinin sayı 14-ə çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...