Ağsu rayonunun taxılçıları cari ilin məhsul yığımı kampaniyasını 20 iş günündə başa çatdırıblar. SİA-nın məlumatına görə, 36.708 hektar sahənin məhsulu biçilmiş, zəmilərdən 69745 ton taxıl götürülüb. Rayon üzrə hər hektardan orta məhsuldarlıq 19 sentner təşkil edib. Bir sıra ərazilərdə, o cümlədən daha çox taxıl əkilən Gəgəli, Bico, Qaraqoyunlu və sair ərazi vahidlərində məhsuldarlıq daha yüksək olub.
Bu ilki taxıl biçininə ciddi hazırlıqla başlanılmış, zəmilərə 90-a yaxın kombayn çıxarılıb. Ümumiyyətlə, taxılçılar texnika sarıdan heç bir çətinliklə qarşılaşmayıblar.
Qeyd edək ki, hazırda hər yerdə yay şumunun aparılmasına son hazırlıq işləri görülür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB