"Son 5 ay ərzində ölkəyə 471 ədəd Avropa istehsalı olan kombayın gətirilib". SİA-nın məlumatına görə, bunu kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, biçin mövsümü ilə əlaqədar kənd təsərrüfatı naziri Heydər Əsədovun əmri ilə bütün regionlarda nazirliyin müəssisə və təşkilatlarından ibarət işçi qruplar yaradılıb: "Hesab edirəm ki, bu il biçin mövsümündə istər texnika, istərsə də təşkilatı işlərlə bağlı heç bir problem yaşanmayacaq. Hər bir rayonda qərargahlar yaradılıb. İstənilən fermer biçinlə bağlı yaranan problemi ilə əlaqədar qaynar xəttə müraciət edə bilər".
Nazir müavini vurğulayıb ki, biçin mövsümündə yarana biləcək hər bir problem operativ şəkildə həllini tapacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB