Aprel ayında sərnişindaşıma tarifləri bahalaşıb STATİSTİKA

Aprel ayında sərnişindaşıma tarifləri bahalaşıb STATİSTİKA

Bu ilin aprel ayında nəqliyyat sektorunda yükdaşıma tarifləri 1,2% ucuzlaşıb, sərnişindaşıma tarifləri isə 0,1% bahalaşıb. Dövlət Statistika Komitəsinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, ötən ay ərzində hava nəqliyyatında sərnişindaşıma tariflərində MDB ölkələri üzrə 6,5% ucuzlaşma, digər xarici ölkələr üzrə 6,9% bahalaşma müşahidə olunub.

Aprel ayında MDB ölkələrinə dəniz nəqliyyatında yükdaşıma tarifləri 1,2%, dəmir yolu nəqliyyatında isə sərnişindaşıma tarifləri 13,0% bahalaşıb.

Boru kəməri vasitəsilə neftin nəql olunma tarifi ay ərzində 3,2% ucuzlaşıb.

Avtomobil nəqliyyatında sərnişindaşıma və yükdaşıma tarifləri üzrə heç bir dəyişiklik müşahidə olunmayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə