Bakıda mərkəzi yollardan birində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq. Bu barədə SİA-ya Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev məlumat verib.
O bildirib ki, müəyyən edilən qrafikə görə, yolun hərəkət hissəsinin üfüqi nişanlanması işlərinin aparılması ilə əlaqədar bu gün axşam saat 22:00-dan etibarən paytaxtın Koroğlu Rəhimov küçəsində nəqliyyatın hərəkəti 1 zolaq üzrə məhdudlaşdırılacaq.
İşlərin aprelin 18-də səhər saatlarında tamamlanması nəzərdə tutulur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB