Bakının əsas prospektlərinin birində nəqliyyatın sıxlığı müşahidə olunur. Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən (NİİM) SİA-ya verilən mləumata görə, Bakıda Babək prospektinin Oqtay Vəliyev küçəsi ilə kəsişməsində (şəhər istiqaməti) aparılan təmir-tikinti işləri ilə əlaqədar olaraq, nəqliyyat vasitələrinin hərəkətinin qismən məhdudlaşdırılması yolda sıxlığın yaranmasına səbəb olub. Sürücülərə alternativ olaraq Heydər Əliyev və Alfred Nobel prospektlərindən istifadə etmələri tövsiyə olunur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB