İki ay ərzində 198,1 min ton avtomobil benzini istehsal edilib
Bu ilin yanvar-fevral aylarında Azərbaycanda neft məhsullarının istehsalı müəssisələri tərəfindən istehsalın həcmi 419,1 mln. manat olmaqla əvvəlki ilin eyni dövrü ilə müqayisədə 10,9% azalıb.
SİA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu ilin ilk iki ayı ərzində 198,1 min ton avtomobil benzini istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 13,6% azdır.
Neft-kimya sənayesində istifadə üçün benzinin istehsalı 47,8% azalaraq 15,1 min ton təşkil edib. Bu müddət ərzində 115,8 min ton ağ neft istehsal edilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 2,1% azdır.
Bu il ərzində dizel yanacağının istehsalı 15,9% azalaraq 372,1 min olub. Yanvar-fevral ayları ərzində Azərbaycanda neft bitumunun istehsalı da ötən ilin analoji dövrünə nisbətdə 12,4% azalaraq 42,3 min ton təşkil edib.
Hesabat dövründə təkcə sürtgü yağlarının istehsalı 28,8% artaraq 7,6 min ton olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB