"Kənd Təsərrüfatı Nazirliyi Bakıda kənd təsərrüfatı məhsulları yarmarkalarının təşkili üçün investorlarla mütəmadi iş aparır. Görülən işlərin sayəsində artıq əhaliyə kənd təsərrüfatı məhsulları yarmarkasını və müasir xidməti təşkil edilməsinə nail olunub". SİA-nın xəbərinə görə, bunu kənd təsərrüfatı naziri Heydər Əsədov Bakıda keçirilən kənd təsərrüfatı yarmarkasında jurnalistlərə açıqlamasında deyib.
Yarmarkaların təşkilinə dövlət vəsaiti ayrılmadığını vurğulayan nazir deyib ki, nazirlik çox da rentabelli olmayan sahəyə vəsait cəlb edə bilib: "Bu gün Bakı şəhərində Avropa standartlarına cavab verən yarmarkalar təşkil edə bildik. Yarmarkalar 4 müxtəlif yerdə 5 günlük təşkil edilib. Bundan sonra da ilin istənilən fəslində paytaxtda qapalı yarmarkalar fəaliyyət göstərəcək. Gələcəkdə bu qapalı yarmarkaların miqyası təkcə Bakıda yox, digər şəhərlərdə də genişləndiriləcək. Əgər bu yarmarkalarda və digər satış yerlərində rəqabət mühiti yaranmasa, bu gün bazarlarda qiymət başqa cür olardı".
Qurum bazarlarda rəqabət mühiti yaratdığını dilə gətirən H. Əsədov qeyd edib ki, süni qiymət artımının qarşısını alır: "Görülən işlərin nəticəsidir ki, bu gün heç bir qiymət artımı yoxdur. Əksinə, qiymətin azalması müşahidə olunur. Kənd təsərrüfatı məhsullarının istehsal qiymətindən və maya dəyərindən aşağı salınması, məhsuldarlığın aşağı düşməsinə səbəb ola bilər. Buna görə də biz burada yalnız alıcının maraqlarını deyil, həm də istehsalçının maraqlarını müdafiə edirik. Optimal nöqtə tapmalıyıq. Bu optimal nöqtəyə nail olunub. Yarmarkada bütün fermerlər pulsuz yerlərlə təmin olunub və satışa ancaq yerli məhsullar çıxarılıb. Dünya praktikasında belə bir şey görünməyib. İlkin mərhələdə fermerləri həvəsləndirmək üçün bu metoda əl atılıb".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB