Məlahət İbrahimqızı: "İcbari tibbi sığortanın tətbiq olunması gözlənilir"
"İcbari tibbi sığortanın tətbiq olunması bu günün ən aktual və zəruri məsələlərdən biridir". Bunu SİA-ya açıqlamasında millət vəkili Məlahət İbrahimqızı deyib.
Onun sözlərinə görə, insanın sağlamlığının müayinəsi və müalicəsi vacib amillərdən biridir: "Azərbaycan səhiyyə sahəsində bir sıra nailiyyətlər əldə edib. Müasir standartlara uyğun səhiyyə ocaqları istifadəyə verilib və müasir avadanlıqlarla təchiz olunub. Buna baxmayaraq, icbari tibbi sığortanın tətbiq olunmaması problemlər yaradır. Bu sığortadan yararlana bilməyən insanlar xarici ölkələrin səhiyyə ocaqlarına üz tuturlar. İcbari tibbi sığorta haqqında qanun qəbul olunsa da, bu hələ tam şəkildə tətbiq olunmayıb. Baxmayaraq ki, ölkəmizdə savadlı həkimlər və alimlər var. Azərbaycan Konstitusiyasında dövlət xəstəxanalarında müalicə pulsuzdur və bu qanun layihəsində də təsdiq olunub. Lakin tam şəkildə həyata keçirilmir".
Məlahət İbrahimqızı onu da qeyd edib ki, Səhiyyə Nazirliyi Azərbaycan səhiyyə sahəsində icbari tibbi sığortanın tətbiqi məsələsini sadələşdirmək üçün Prezident İlham Əliyevin sərəncamı ilə Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yaradılıb: "İcbari tibbi sığorta sisteminin tətbiqinin sürətləndirilməsi məqsədilə sözü gedən Agentliyin təşkil olunaraq fəaliyyətə başlaması gözlənilir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB