Əhaliyə 765,6 milyon manatlıq qeyri-ərzaq malları satılıb

Əhaliyə 765,6 milyon manatlıq qeyri-ərzaq malları satılıb

İnformasiya və rabitə xidmətləri müəssisələrinin əhaliyə, idarə və təşkilatlara göstərdikləri xidmətlərin həcmi yanvar ayında ötən ilin müvafiq dövrünə nisbətən 12,7 faiz artaraq 121,8 milyon manat təşkil edib. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, yanvar ayında pərakəndə ticarət şəbəkəsindən əhaliyə 1665,9 milyon manat məbləğində istehlak malları satılıb və xidmət müəssisələri tərəfindən 578,8 milyon manatlıq pullu xidmət göstərilib.

2013-cü ilin yanvar ayı ilə müqayisədə əmtəə dövriyyəsi 9,3 faiz, pullu xidmətlərin həcmi isə 7,8 faiz artıb, ölkə sakinləri ticarət şəbəkəsindən 900,3 milyon manatlıq qida məhsulları, içkilər və tütün məmulatı və 765,6 milyon manatlıq qeyri-ərzaq malları alıblar.

Bütün xəbərlər Facebook səhifəmizdə