“Excelsior Hotel Baku” otelinin “Aura” Sağlamlıq mərkəzi yeni aksiyaya start verib FOTOLAR

“Excelsior Hotel Baku” otelinin “Aura” Sağlamlıq mərkəzi yeni aksiyaya start verib FOTOLAR

Bu gün jurnalistlər "Aura" Sağlamlıq Mərkəzinin xidmətləri ilə tanış oldular. "Excelsior Hotel Baku" otelinin Marketinq və Satış Departamentinin direktoru Damla Bayık bildirdi ki, hər zaman gözəl görünməyə, sağlam və imanla məşğul olmaq istəyən qadınlar üçün yeni aksiyaya start verilib.

Yeni aksiyanın şərtlərinə əsasən qadınlarşənbə və bazar günləri daxil olmaqla hər gün səhər saat 10:00-dan axşam saat 17:00-ə qədər vaxtı əhatə edən müddətdə "Aura" Sağlamlıq mərkəzindən istifadə etməsinin bir aylıq abunə qiyməti 175 AZN, 3 aylıq abunə qiyməti 500 AZN, 6 aylıq abunə qiyməti 750 AZN və 1 illik abunə qiyməti1175 AZN təşkil edir. "Aura" Sağlamlıq mərkəzinin üzvləri 3 yaşına qədər uşağı özləriilə gətirə bilərlər. 3 mərtəbəli "Aura" sağlamlıq mərkəzində peşəkar idmanla məşğul olmaq üçün hər bir şərait var.

Sağlamlıq mərkəzinin üçüncü mərtəbəsində skvoş, stolüstü tennislə məşğul olmaq üçün kortlar və qadınların yoqa, aerobika, kallanetika və pilates dərsləri ilə məşğul olması idman zalı fəaliyyət göstərir. Yoqa, aerobika, kallanetika və pilates dərsləri dərsləri addım və toplarla keçirilir. Abunə qiymətinə mərkəzin yoqa, kallanetika, pilates və aerobika dərslərində iştirak etmək də daxildir.

"Aura" sağlamlıq mərkəzinin ikinci mərtəbəsində sahəsiümumi sahəsi 3 500 kv.metr sahəsi olan trenajor zalı və idmanın boks növü ilə peşəkarcasına məşğul olmaq üçün zal fəaliyyət göstərir. Trenajor zalında bütün qrup əzələləri möhkəmləndirmək üçün 50-dən artıq müasir trenajor, ürək əzələlərini möhkəmləndirmək və artıq çəkidən azad olmaq üçün kardio trenajorlar quraşdırılıb.

Qonaqlar kardio zonadakı trenajorlarda quraşdırılmış displeylərdə 30-a qədər televiziya kanalına baxa və pulsuz internetə qoşula bilirlər. Eləcə də, açıq tennis kortu, spa-terapevtlərin xidmətləri, istirahət otaqları, qapalı və ilin isti vaxtlarında açıq havadaişləyən 2 hovuz "Aura" klubunun daimi üzvlərinə və "Excelsior Hotel Baku" otelinin qonaqlarına xidmət edir. Spa-otaqlarda massajın müxtəlif növləri təklif edilir. Mərkəzə gələnlərə dəsmallar, xələtlər, nəleyin və kosmetik vasitələr verilir.

Tədbirdə Marketinq və Satış departamentinin direktoru Damla Bayık jurnalistləri maraqlandıran sualları cavablandırdı.

"Excelsior Hotel Baku" mehmanxanası 1 "İmperial" lüks, 2 "Royal" lüks, 4 "Crown" lüks, 45 "Heritage" standart, 9 "Duke" kiçik otaqlar, iclas otaqları və biznes mərkəzləri, restoranlar, "Aura" sağlamlıq mərkəzindən və s. ibarətdir.

Bütün xəbərlər Facebook səhifəmizdə