Bu ay 2,2 milyard kilovatsaata yaxın elektrik enerjisi istehsal edilib
Cari ilin yanvar ayında ölkə enerji sistemində 2,2 milyard kilovatsaata yaxın elektrik enerjisi istehsal edilib. Bu barədə SİA-ya "Azərenerji" ASC-nin Mətbuat xidmətinə Səhmdar Cəmiyyətin Mərkəzi Dispetçer İdarəsindən məlumat verilib.
Bununla yanaşı, ay ərzində ölkə enerji sisteminin əlaqəsi olan qonşu dövlətlər ilə elektrik enerjisi mübadiləsi davam etdirilib.
Xatırladaq ki, 2013-c il ərzində ölkə enerjisistemində 21,5 milyard kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB