Tahir Rzayev: "Bəzi ölkələr yalnız Xəzərin istismar olunmasında maraqlıdır" AÇIQLAMA

Tahir Rzayev: "Bəzi ölkələr yalnız Xəzərin istismar olunmasında maraqlıdır" AÇIQLAMA

"İranla Türkmənistan Xəzər hövzəsində resursların beynəlxalq normalar əsasında sektorlar üzrə bölünməsini istəyir. Nəticə etibarilə bu iki ölkə bölgüdə daha çox məhsuldar sahələri götürmək istəyirlər". Bunu SİA-ya açıqlamasında Milli Məclisin regional məsələlər komitəsinin üzvü, millət vəkili Tahir Rzayev deyib.

Onun sözlərinə görə, Rusiya və digər ölkələr isə Xəzər dənizində resursların yalnız beynəlxalq standartlara əsasən bölünməsini tələb edirlər: "Lakin çox təəssüf ki, İranla Türkmənistan bu məsələdə fikir ayrılığı yaradır, sazişin imzalanmasına mane olurlar. Əgər Xəzər dənizi 5 ölkənin sərhədində yerləşirsə, deməli hövzə nəinki öz neftinə görə bərabər bölünməli, eyni zamanda başqa təbii sərvətlərinə, ekoloji problemlərinin həlli məsələlərinə görə də paylaşılmalıdır. Həmçinin qeyd olunan 5 ölkənin hər biri həm bu hövzəni qorumalı, həm də onun resurslarından istifadə etməlidir. Çox təəssüf ki, bəzi ölkələr yalnız bu dənizin istismar olunmasında maraqlıdır. Ona görə də, Xəzərin hüquqi statusunun müəyyənləşməsi hələ də mümkün olmayıb".

Bütün xəbərlər Facebook səhifəmizdə