Vüqar Bayramov: “Yaşayış sahəsindəki torpaqların qiymətində 5 % artım olacağı proqnozlaşdırılır”
"2014-cü ildə əmlak bazarında torpaqların qiymətinin qalxması gözlənilir". SİA-ya açıqlamasında iqtisadçı-ekspert Vüqar Bayramov belə deyib. Onun sözlərinə görə, Bakı şəhərində torpağa olan tələbat çoxdur: "Nəzərə alsaq ki, torpaqların qiymətləri çox vaxt stabil olur. O zaman yaşayış sahəsindəki torpaqların qiymətində 5 % artım olacağı proqnozlaşdırılır. Torpaq sahələri yerləşdiyi yerlərə görə fərqli qiymətlər mövcuddur. Bu baxımdan torpaq sahələri qiymətlərinə görə fərqlidir".
Vüqar Bayramov onu da qeyd edib ki, mənzil bazarında qiymətlərin aşağı salınması üçün bazara çıxarılan mənzillərin artırılmasına ehtiyac var: "Sosial mənzil fondunun yaradılması və bu fondun genişləndirilməsi lazımdır. Mənzil Məcəlləsində nəzərdə tutulduğu kimi sosial mənzil fondu formalaşdırılmalı və bu fond daxilində vətəndaşlara sosial şərtlərlə mənzillər təklif edilməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB