Bakı metrosunda hərəkət qrafiki dəyişdirilib

Bakı metrosunda hərəkət qrafiki dəyişdirilib

Yeraltı nəqliyyatda sərnişin axınının indiyə kimi görünməmiş dərəcədə sürətlə artması Bakı metropolitenin rəhbərliyin daha optimal hərəkət qrafikinin tətbiq etmək məcburiyyəti qarşısında qoyub.

Bakı Metropolitenindən SİA-ya verilən məlumata görə, Metropolitenin bütün buraxıcılıq imkanları səfərbər olunmaqla hərəkət xidmətində mütəxəssislərin hazırladıqları yeni qrafik qüvvəyə minib. Gur saatlarda xəttə qatarların sayı artırılıb. Əgər əvvəl ancaq hərəkətin axşam çağı gur saatlarda stansiyalardan hər iki istiqamətə 30 qatar keçirdisə, indi bu rejim səhərin gur vaxtlarında da tətbiq edilir və qatarlar arasındakı interval 2 dəqiqəyə ("28 May-Həzi Aslanov" sahəsində) çatdırılıb.

Qeyd edək ki, günün başqa vaxtlarında da xətdəki qatarların sayında artım var. Bu vaxtlar 24 əvəzinə 26 qatar cütünə hesablanmış qrafik tətbiq edilir.

Bütün xəbərlər Facebook səhifəmizdə