Eldar İbrahimov: “İlin Xəzər dövlət adamı” adına layiq görülməsi ölkə başçısının nüfuzunun nəticəsidir”
III Xəzər Forumunda Prezident İlham Əliyevin mükafatlandırılması bütün türk dünyasının mükafatlandırılması deməkdir". Bunu SİA-ya açıqlamasında millət vəkili Eldar İbrahimov deyib
Millət vəkilinin sözlərinə görə, Azərbaycan Prezidentinin Türkiyədə "İlin Xəzər dövlət adamı" adına layiq görülməsi ölkə rəhbərinin güclü nüfuzunun və məqsədyönlü siyasətinin nəticəsidir: "Bu, dövlət başçımız İlham Əliyevə verilən xüsusi bir qiymətdir. Prezidentin bu foruma rəhbərliyi, yəni həmsədr seçilməsi isə Xəzəryanı dövlətlərin uğurlarının genişlənməsinə böyük təkan verəcək. Xəzəryanı ölkələr Xəzərlə bağlı olan problemləri bu forumda həll edə biləcəklər. Qeyd edim ki, forumda Xəzəryanı ölkələrin rəsmi şəxsləri iştirak edir. Bu da forumun diqqətəlayiq və önəmli olmasına dəlalət edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB