"Bu gün Azərbaycan əhalisinin 70%-i internet istifadəçisidir və onlardan 50%-i genişzolaqlı internetə qoşulub". SİA-nın xəbərinə görə, bunu rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov "Azərbaycanda İnternet: dünəni, bu günü və sabahı" mövzusunda respublika elmi-praktiki konfransında çıxışı zamanı deyib.
Nazir qeyd edib ki, hazırda Facebook sosial şəbəkəsində Azərbaycan vətəndaşların sayı 1 milyon 250 mini ötüb. Onun sözlərinə görə, gələn ildən Dövlət Neft Fondu və Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi tərəfindən "Azərbaycan Respublikasının bütün yaşayış məntəqələrinə çıxış imkanı yaradan yüksək sürətli fiber-optik şəbəkənin qurulması" layihəsi həyata keçirilməyə başlanacaq: "Bu layihə çərçivəsində 3 ildən sonra bütün şəhər və kəndlərdə 100 meqabit saniyə internetə çıxış əldə edəcək insanların sıxlığını 85%-ə çatdırılacaq. Bu da həmin müddət üçün inkişaf etmiş ölkələr həcmində olacaq. Azərbaycanda internetin 2020-ci ilə kimi bütün evləri əhatə etməsi istiqamətində mühüm işlər görülür. İnternetin imkanlarını genişləndirmək üçün ona lazım olan xidmətlər verilməlidir. Bunun da əsasını elektron xidmətlər təşkil edir. Bu gün internet istifadəçilərinin 10% elektron xidmətlərdən istifadə edir, 40% internet xidmətlər isə elektronlaşdırılıb. 2020-ci ilə kimi isə əhalinin elektron xidmətlərdən əhalinin 100% əhatə olunması və xidmətlərin 80%-nin elektronlaşdırılması nəzərdə tutulur".
Nazir həmçinin qeyd edib ki, hazırda ölkədə elə aktiv internet istifadəçiləri var ki, onlar hətta virtual olaraq digər ölkələrdəki iş yerlərinə çıxışları var.
Bu gün ölkədə internet üzərində rəsmi prosedurlar - vergi, gömrük xidmətlərinin olmadığını deyən Ə.Abbasov bildirib ki, gələcək dünyada belə prosedur olsa belə, Azərbaycan hökuməti bunu etməyəcək.
Nazir vurğulayıb ki, ölkədə xüsusi informasiya xidmətlər bazasının yaradılması və onun beynəlxalq qəbullara verilməsi çox vacibdir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB