Bu gün Milli Məclisdə İqtisadi siyasət komitəsinin iclası keçirilib. SİA-nın məlumatına görə, iclasın gündəliyinə 6 məsələ daxil edilib. İclasın gündəliyi barədə ətraflı məlumat verən komitə sədri Ziyad Səmədzadə bildirib ki, ilk müzakirə olunan məsələ "Ticarətin maliyyələşdirilməsi üzrə Beynəlxalq İslam Korporasiyasının Təsis Saziş"inin təsdiq edilməsi olub.
Komitə sədri vurğulayıb ki, saziş İslam konfransı təşkilatı üzvlərinin daxili və xarici ticarətini stimullaşdərmaq və genişləndirmək ölkənin ixrac potensialının artırılmasına töhfə verən bir sənəddir: "Sənəd son illərdə ölkəmizdə qeyri-neft sektorunun inkişaf etməsi nəticəsində yeni istehsal sahələrinin yaranmasını nəzərə alaraq istehsal olunan məhsulların dünya bazarlarında alıcısını tapmasına geniş imkanlar yaratmaqla ticarət dövriyyəsinin artırılmasına da öz töhfəsini verəcək. Sənəd, həmçinin Ümumdünya Ticarət Təşkilatına üzvlük prosesinə də təkan verəcək".
Z. Səmədzadə sazişlə bağlı onu da deyib ki, korporasiyanın hazırkı nizamnamə kapitalı 3 milyard dollar təşkil edir: "Korporasiyaya üzv olmaq üçün hər bir ölkə dəyəri 10 min dollar olan minumum 50 səhmə malik olmalıdır. Korporasiyaya artıq 10 ildən artıqdır ki, Azərbaycanda aktiv fəaliyyət göstərir. Bu aktivlik nəticəsində Azərbaycan banklarının birgə iştirakı ilə 50 milyon həcmində layihələr icra olunub. Bu saziş eyni zamanda ölkə kiçik və orta biznesə öz müsbət təsirini verəcək".
Məlumat üçün bildirək ki, yeni saziş layihəsinin təsdiq olunması üçün Milli Məclisin plenar iclasına tövsiyyə olunub.
İclas hazırda davam edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB