“Bakı İstilik Elektrik Mərkəzi”ndə mövsümi tədbirlər yekunlaşıb
Ölkənin enerji təhlükəsizliyinin təmin edilməsi və inkişaf edən iqtisadiyyatımızın elektrik enerjisi təminatının möhkəmləndirilməsi istiqamətində müstəqilliyimiz dövründə mütərəqqi texnologiyalar əsasında tamamilə yenidən qurulan elektrik stansiyalarından biri də Bakı İstilik Elektrik Mərkəzidir (İEM). "Azərenerji" ASC-nin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, digər enerji obyektlərində olduğu kimi burada da mövsümi tədbirlər vaxtlı-vaxtında icra edilir. Mənbənin bildirilib ki, dispetçer qrafikinə uyğun olaraq müəssisədə cari ilin oktyabr ayında 58,8 milyon kilovatsaatdan artıq elektrik enerjisi istehsal edilib. Qeyd edək ki, cari ilin 10 ayı ərzində bu rəqəm 425,4 milyon kilovatsaatdan artıq təşkil edib.
Həmçinin avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi və paylaşdırılması sistemlərinin dayanıqlı, sabit işləməsinin və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilən məqsədyönlü tədbirlər nəticəsində həm elektrik, həm də istilik enerjisinin buraxılışında digər texniki göstəricilərdə də müsbət nailiyyətlər əldə edilib.
Cari ilin son üç ayında 110 kV-lik yarımstansiyanın ərazisində müxtəlif təyinatlı təmir işləri aparılıb və transformator təftiş edilib. O cümlədən, eleqaz açarları, gərginlik transformatorları quraşdırılmış, yağ açarları təmir olunub. Eyni zamanda elektrik mühərriklərində və digər köməkçi avadanlıqlarda da əsaslı təmir işləri yerinə yetirilib. Aparılan işlərin siyahısı ümumilikdə kifayət qədər zəngindir.
Onu da qeyd edək ki, sözügedən dövrdə qaz-turbin qurğularında və onun digər avadanlıqlarında da müvafiq təmir işləri həyata keçirilib. Ümumilikdə isə payız-qış mövsümünə hazırlıqla bağlı tədbirlər planında qrafik üzrə nəzərdə tutulan işlər başa çatdırılıb. Hazırda stansiya dispetçer qrafikinə uyğun olaraq fəaliyyət göstərir.
Yanğın təhlükəsizliyi ilə əlaqədar verilən məlumatda bildirilir ki, 2 saylı yanğın su hovuzuna baxış keçirilib, stansiyada yanğınsöndürmə su xətləri saz vəziyyətə gətirilib, ərazi quru otlardan təmizlənib və digər qabaqlayıcı tədbirlər görülüb.
Xatırladaq ki, "Bakı" İEM-də hər birinin gücü 53,5 MVt olan iki ədəd qaz-turbin qurğusu fəaliyyət göstərir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB