Maliyyə naziri Asiya İnkişaf Bankının (AİB) vitse-prezidenti Bryus Devisi qəbul edib
Bu gün Azərbaycanın maliyyə naziri Samir Şərifov Bakıda səfərdə olan Asiya İnkişaf Bankının (AİB) vitse-prezidenti Bryus Devisin (Bruce Davis) rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib. Nazirliyin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, tanışlıq xarakteri daşıyan görüşdə Azərbaycan ilə AİB arasında əməkdaşlığın hazırkı vəziyyəti və gələcək istiqamətləri barədə fikir mübadiləsi aparılıb, əməkdaşlığın uğurla inkişaf etdiyi vurğulanıb, ölkənin Asiya İnkişaf Bankı ilə birgə həyata keçirdiyi su, nəqliyyat və digər infrastruktur layihələrinin əhəmiyyəti qeyd olunub.
Samir Şərifov AİB-nın Rəhbərlər Şurasının 2015-ci il may ayında Bakıda keçiriləcək illik iclasının təşkili ilə bağlı Azərbaycan hökuməti tərəfindən aparılan işlər bərədə məlumat verib. B.Devis bu istiqamətdə görülən işləri yüksək qiymətləndirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB