2013-cü il yanvar-oktyabr aylarında elektron pərakəndə ticarət dövriyyəsinin həcmi ötən ilin eyni dövrünə nisbətən 1,7 dəfə artaraq 2 milyon manat təşkil edib. Dövlət Statistika Komitəsindən SİA-ya verilən məlumata görə, əhali onlayn rejimi vasitəsilə sifariş verdikləri istehlak mallarının 83,9 faizini hüquqi, 16,1 faizini fiziki şəxslərin ticarət şəbəkələrindən alıb. Elektron ticarət dövriyyəsinin 90,4 faizini qeyri-ərzaq malları təşkil edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB