"Ölkədə tətbiq olunan e-imza beynəlxalq standartlara cavab verir"
"Azərbaycanda tətbiq olunan e-imza beynəlxalq standartlara cavab verir". SİA xəbər verir ki, rabitə və informasiya texnologiyaları nazirinin müavini Elmir Vəlizadə jurnalistlərə açıqlamasında belə deyib.
O bildirib ki, ölkədə tətbiq olunan elektron imza xarici dövlətlər tərəfindən tam şəkildə tanınır: "Bu gün e-imzanın tanıdılması və yaxud bu sahədə hansısa məsələnin qarşımıza qoyulması düzgün deyil. Çünki hələ də, onun tanınması istiqamətində iş gedir. İstənilən ölkə vətəndaşı e-imza ilə hər hansı xarici ölkəyə sənəd göndərsə, tam məqbul şəkildə qəbul ediləcək".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB