Temperatur 0 dərəcəyə düşəcək

Ölkə ərazisində küləkli və yağışlı hava şəraiti hökm sürəcək. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən SİA-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, fasilələrlə yağış yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək, gündüz arabir güclənəcək. Paytaxt ərazisində havanın temperaturunun gecə 10-12, gündüz 12-16 dərəcə isti olacağı gözlənilir.

Rayonlarda da oktyabrın 6-da şimşək çaxacağı, yağış yağacağı gözlənilir. Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir güclənəcək. Bölgələrdə havanın temperaturunun gecə 10-15, gündüz 15-19, dağlarda gecə və gündüz 4-9 dərəcə isti, yüksək dağlıq ərazilərdə 0 dərəcəyə yaxın olacağı gözlənilir.

Bütün xəbərlər Facebook səhifəmizdə