Masallıda uzun illər bərbad vəziyyətdə olan kəndlərarası yollar yenidən qurulur. SİA-nın Cənub bürosunun verdiyi məlumata görə, 30 minə yaxın kənd sakninin istifadə etdiyi Müsakücə-Pircana, Lürən-Yüsifli yolu yenidənqurmadan sonra sakinlərin istifadəsinə verilib.
Müsakücə-Pircana, Lürən-Yüsifli kəndlərini birləşdirən yolun 1950-ci ildə çəkilməsinə baxmayaraq bügünə kimi əsaslı təmir olunmayıb. 63 il ərzində təmir üzü görməyən Müsakücə-Pircana, Lürən-Yüsifli yolu Regionların Sosial İqdisadi İnkişafı Dövlət proqramı çərçivəsində yenidən əsaslı təmir olunub.
Açılış mərasimində çıxış edən kənd sakinləri bərbad vəziyyətdə olan uzunluğu 5,3 km olan yolun qış aylarında əhalinin və xüsusilə məktəblilərin gediş-gəlişində çətinliklər yaratdığını bildiriblər. 106 yaşlı rayon sakini Ağabəyim Nuriyeva də yeni yolun yüksək səviyyədə qurulmasından razılığını bildirib.
Qeyd edək ki, Müsakücə-Pircana, Lürən-Yüsifli yolu Ələt-Astara magistral yolu ilə Masallı-Boradigah-Lənkəran yollarını birləşdirir.
Hazırda rayonun Kolatan ərazisindən keçən və 10 kəndi birləşdirən14,0 km uzunluğu olan yolun yenidən qurulması işləri aparılır.Yaxın vaxtlarda bu yolun yüksək səviyyədə təmir edilərək sakinlərin istifadəsinə veriməsi gözlənilir.
Sərraf Mirsəfəroğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB