WTI markalı neft bahalaşır

Sentyabrın 12-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair oktyabr müqaviləsinin dəyəri 1,04 dollar və ya 1,0% artaraq 1 barelə görə 108,60 dollar olub. SİA-nın məlumatına görə, sentyabrın 12-də ICE London qitələrarası birjasında oktyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 1,13 dollar və ya 1,0% artaraq 112,63 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə