Avqustda Ceyhan limanından 2,4 milyon ton neft ixrac olunub
Cari ilin avqust ayı ərzində 2 milyon 445 min 065 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, bu həcmin 1 milyon 511 min 874 tonunu Neft Fondunun nefti təşkil edib. Cari ilin yanvar-avqust aylarında isə Ceyhan limanından dünya bazarlarına çıxarılmış neftin həcmi 19 milyon 897 min 616 ton olub.
Qeyd edək ki, BTC istismara verilən gündən 2013-ci il sentyabr ayının 1-ə qədər Ceyhan limanından 223 milyon 564 min 270 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB