2.448.233 ton Azərbaycan nefti dünya bazarlarına çıxarılıb

2.448.233 ton Azərbaycan nefti dünya bazarlarına çıxarılıb

Cari ilin iyul ayı ərzində 2 milyon 448 min 233 ton Azərbaycan nefti Ceyhan limanından dünya bazarlarına çıxarılıb. (Bu həcmin 1 milyon 791 min 146 tonunu Azərbaycan Respublikası Dövlət Neft Fondunun nefti təşkil edib).

Azərbaycan Dövlət Neft Şirkətinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, 2013-cü ilin yanvar-iyul aylarında Ceyhan limanından dünya bazarlarına çıxarılmış neftin həcmi 17 milyon 452 min 251 ton olub.

Ümumiyyətlə, Bakı-Tbilisi-Ceyhan neft kəməri istismara verilən gündən 2013-ci il avqust ayının 1-ə qədər Ceyhan limanından 221 milyon 119 min 205 ton Azərbaycan nefti dünya bazarlarına yola salınıb.

Bütün xəbərlər Facebook səhifəmizdə