Neft bahalaşıb

Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair avqust müqaviləsinin dəyəri 0,37 dollar və ya 0,3% artaraq 1 barelə görə 106,32 dollar təşkil edib. SİA-nın məlumatına görə, ICE London qitələrarası birjasında avqustda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,28 dollar və ya 0,3% artaraq 109,09 dollar olub.

Bütün xəbərlər Facebook səhifəmizdə