Azərbaycan qaz nəqlini artırmaq üçün yeni boru kəmərlərinə ehtiyacı olacaq. SİA-nın məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev deyib.
O, qeyd edib ki, TAP (Trans Adriatic Pipeline) layihəsi çərçivəsində Azərbaycandan Avropaya ildə 10 mlrd. kubmetr qaz nəql olunacaq. Rövnəq Abdullayev həmçinin bildirib ki, Azərbaycanın TAP boru kəməri layihəsinin seçməsi olduqca düzgün addımdır. Bundan başqa ARDNŞ prezidenti əlavə edib ki, TAP layihəsinin bu yaxınlarda SOCAR-ın Yunanıstanın DESFA qaz şirkətinin alınması ilə heç bir əlaqəsi yoxdur.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB