Real sektorun monitorinqi sisteminin metodoloji bazası təkmilləşdirilir

Real sektorun monitorinqi sisteminin metodoloji bazası təkmilləşdirilir

Azərbaycan Mərkəzi Bankı (MB) real sektorda biznes mühitinin ölçülməsi məqsədilə ölkədə fəaliyyət göstərən müəssisə və təşkilatlar arasında konyunktur sorğularını davam etdirir. MB-dən SİA-ya verilən məlumata görə, hazırda sorğuya qeyri-xammal sənayesi, ticarət, tikinti və xidmət sahələrində fəaliyyət göstərən 350-dən artıq müəssisə və təşkilat qoşulub.

Maraqlanan şəxslər sorğuların əhəmiyyəti və metodologiyası ilə bağlı xüsusi izahedici məlumatı aşağıdakı linkdən əldə edə bilərlər: http://cbar.az/assets/2761/M%C9%99rk%C9%99zi_Bankda_real_sektorun_monitorinqi_sistemi.pdf

Məlumatda bildirilib ki, monitorinq sisteminin metodoloji bazası Avropa Komissiyasının "Biznes və istehlakçı soğularının Avropa Birliyi üzrə birgə Proqramı" və İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının "Biznes mühitinin monitorinqi üzrə Təlimat" sənədlərinə əsaslanır və müvafiq qaydalara uyğun olaraq daim təkmilləşdirlilir.

Bütün xəbərlər Facebook səhifəmizdə