Azərbaycan tərəfi Odessa-Brodı-Plotsk neft boru kəməri layihəsi vasitəsi ilə ildə 10 milyon ton neftin nəql etməyə hazır olması barədə yazılı zəmanət verməlidir. SİA-nın "Ukrinform" agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Polşa İqtisadiyyat Nazirliyi Neft və qaz Departamentin nümayəndəsi Miloş Karpinskiy bildirib. O qeyd edib ki, Azərbaycan yalnız şifahi zəmanət verib: "Polşa hökuməti əmin olmaq istəyir ki, Azərbaycan bu kəmər vasitəsi ilə ən azı 10 milyon ton neft nəql edəcək və Avropa istehlakçıları bu nefti ala biləcəklər. Miloş Karpinskiy əlavə edib ki, Avropa Birliyinin "İnfrastruktur və mühit" Proqramı çərçivəsində Odessa-Brodı-Plotsk kəmərinin tikintisi üçün ayrılan 16 mln dollar Polşa tərəfindən digər layihələrə xərclənməsi heç də bu ölkənin layihəyə marağının azalmasından xəbər vermir.
Qeyd edək ki, 2004-cü ilin iyul ayında Ukraynanın "Ukrtransnafta" və Polşanın "Przyjazn" şirkəti "Sarmatiya" Boru Kəməri Şirkətinin təsis edilməsinə dair sənədlər imzalayıb. Yeni şirkət 490 km uzunluğu olan Brodı-Plotsk neft kəmərinin inşası layihəsinin icrası ilə məşğul olacaq. Odessadan başlayan bu kəmər sonrakı mərhələdə Şimali Polşanın Qdansk şəhərinə kimi uzadılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB