Asiya İnkişaf Bankı 2013-cü il üzrə hesabat verib

Asiya İnkişaf Bankı 2013-cü il üzrə hesabat verib

Qafqaz Universitetində Asiya İnkişaf Bankının 2013-cü il üzrə hesabatının təqdimat mərasimi olub. Universitetdən SİA-ya verilən məlumata görə, tədbirdə Asiya İnkişaf Bankının Bakı ofisinin nümayəndələri cənab Olly Norojono və cənab Nail Vəliyevlə yanaşı Bankın baş iqtisadçısı cənab David Oldfield, Qafqaz Universitetindən tədbirdə təşkilatçı qismində isə Sosial-İqtisadi Tədqiqatlar Mərkəzinin heyəti və eyni zamanda Universitetin tələbələri iştirak ediblər.

Tədbir David Oldfieldin "Azərbaycan İqtisadiyyatının diversifikasiyası: perspektivlər və problemlər" mövzusudakı tədqimatı ilə başlayıb. Təqdimatda Oldfield Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi imkanlarından danışıb, digər ölkələrin bu sahədəki təcrübələrini qeyd edib və Asiya İnkişaf Bankının bu istiqamətdə gördüyü işlər barədə məlumat verib.

Daha sonra "Asiya İnkişaf Bankının 2013 hədəfləri " mövzusunu tələbələrlə müzakirə edən Asiya İnkişaf Bankının Bakı ofisnin rəhbəri cənab Norojono Bankın gələcək planlarından və layihələrindən danışaraq tələbələrin bu istiqamətdəki suallarını cavablandırıb. Buna əlavə olaraq Bankın iqtisadçısı Nail Vəliyev də Azərbaycan iqtisadiyyatının mövcud vəziyyəti və yaxın gələcəkdə həyata keçirilməsi planlaşdırılan programlardan bəhs edib. O çıxışında bildirib ki, ötən illərdə olduğu kimi, bundan sonra da Bank, Azərbaycan iqtisadiyyatının inkişafına layihə və programları ilə öz töhfələrini verəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə