İqtisadi İnkişaf Nazirliyinin 195-2 Telefon Məlumat Mərkəzinə bu ilin mart ayında 110-u bölgələrdən olmaqla 400-ə yaxın müraciət daxil olub. Nazirlikdən SİA-ya daxil olan məlumata görə, müraciətlər əsasən, sahibkarlıq fəaliyyəti, güzəştli kreditlər, istehlakçıların hüquqlarının müdafiəsi, eləcə də nazirliyin səlahiyyətlərinə aid olan digər məsələləri əhatə edib. Ümumilikdə isə, İqtisadi İnkişaf Nazirliyinin Telefon Məlumat Mərkəzinə indiyədək 19 minə yaxın müraciət edilib.
Telefon Məlumat Mərkəzinə daxil olmuş müraciətlər operativ şəkildə cavablandırılır, araşdırma tələb edilən müraciətlər isə müvafiq qaydada qeydiyyata alınaraq, nazirliyin aidiyyəti strukturları tərəfindən qanunvericilikdə müəyyən olunmuş müddətdə baxılır və müvafiq tədbirlər görülür.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB