WTI markalı neft bahalaşıb

Aprelin 18-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair may müqaviləsinin dəyəri 1,05 dollar və ya 1,2% artaraq 1 barelə görə 87,73 dollar olub. SİA xəbər verir ki, aprelin 18-də ICE London qitələrarası birjasında iyunda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 1,44 dollar və ya 1,5% artaraq 99,13 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə