Bakıda Xəzər Beynəlxalq Su Texnologiyaları Forumu keçirilir

Bakıda Xəzər Beynəlxalq Su Texnologiyaları Forumu keçirilir

Bu gün Bakıda Xəzər Beynəlxalq Su Texnologiyaları Forumu öz işinə başlayıb. SİA-nın məlumatına görə, forum aprelin 11-13-də Azərbaycan paytaxtında ilk dəfə təşkil olunan Xəzər regionunda su texnologiyaları sahəsində əldə edilmiş nailiyyətlərin nümayiş etdirildiyi yeganə ixtisaslaşdırılmış tədbir - Xəzər Beynəlxalq Su Texnologiyaları sərgisi (CATEF-2013) ilə paralel keçirilir. "Azərsu" ASC-nin təşəbbüsü və dəstəyi ilə təşkil olunan sərgi-forumun əsas təşkilatçısı "Iteca Caspian" şirkətidir.

Forumda içməli su emalı üzrə innovativ texnologiyalar, tullantı suların təmizlənməsi, yağış sularının kənarlaşdırılması, su mənbələrinin qiymətləndirilməsi, bataqlıqların və süni göllərin qurudulması və digər mövzularla bağlı məruzələr dinlənilib, müzakirələr aparılıb. Sözügedən forumda dövlət strukturları, beynəlxalq təşkilatlar, xarici və yerli ekspertlər, iri sənaye müəssisələrinin rəhbər və ekoloqları, eko-texnologiyalar və eko-xidmətlərin təchizini həyata keçirən müəssisələrin nümayəndələri, ixtisaslaşdırılmış elmi-tədqiqat və layihə institutları, yerli icra hakimiyyəti orqanları, bələdiyyələr, habelə assosiasiyalar və qeyri-hökumət təşkilatları iştirak edib.

Bütün xəbərlər Facebook səhifəmizdə