SOCAR-ın işləri azalıb

Keçən il ərzində Dövlət Neft Şirkəti (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 136 min 441 metr qazma işi həyata keçirib. Şirkətdən SİA-ya verilən məlumata görə, ötən il həyata keçirilən qazma işləri 2011-ci ildəkindən 11 min metrə yaxın az olub. İl ərzində həyata keçirilən qazma işlərinin 128 min 968 metri istismara, 7 min 473 metri kəşfiyyata aid olub.

İlin sonuncu ayında şirkət 6 min 580 metr qazma işi həyata keçirib. Bu sahədə görülmüş işlərin 5 782 metri istismara, 798 metri kəşfiyyata aid olub.

Qeyd edək ki, 2011-ci ilin dekabr ayında isə SOCAR-ın apardığı qazma işləri 7 min 079 metr təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə