"Qubada almanın qiyməti Bakıdakından bahadır"

"Qubada almanın qiyməti Bakıdakından bahadır"

Milli Məclisdə (MM) 2013-cü il dövlət büdcəsi layihəsinin müzakirələri davam edir. SİA-nın məlumatına görə, YAP-çı Aydın Mirzəzadə Mingəçevir şəhəri ilə bağlı xüsusi bir plan hazırlanmasını təklif edib. O, fəaliyyətini dayandırmış iri müəssisələrin yerində xırda müəssisələrin açılmasının özünü doğrultmadığını, şəhərdə işsizliyin çox olduğunu deyib.

Çingiz Qənizadə 140-150 manat əməkhaqqı alan poçt işçilərinin maaşlarının artırılmasını zəruri saydığını söyləyib. O, məhkəmə orqanlarında çalışan texniki və sıravi işçilərin əməkhaqqlarının artırılmasını da vacib sayıb.

Depeutat Yevda Abramov həmkarı Vahid Əhmədovun Quba rayonun problemləri ilə bağlı dediklərini dəstəkləyib: "Ancaq indi Azərbaycan bazarlarında xarici ölkələrdən gələn almalar satılır, baxmayaraq ki, ən gözəl almalar Qubada yetişir. Gömrük rüsumlarını artırmaqla Quba almasının şöhrətini artırmaq olar. Quba rayon İcra Hakimiyyəti bugünlərdə alma bayramı keçirdi. Gözləyirdik ki, bundan sonra 60-70 maşın alma Rusiyaya getsin. İxracı stimullaşdırmaq lazımdır. Qubanı iş yerləri əsasən konserv zavodları üzərində cəmlənmişdi. İndii Kim o zavodları kim alıb, sağlıqlarna, qismət olsun. O zavodların birində bir mövsümdə 1500 nəfər işləyirdi. Hazırda həmin zavodların heç biri işləmir".

MM sədri Oqtay Əsədov isə deyib ki, Qubanın özündə almanın qiyməti Bakıda satıldığından də bahadır: "Bu məsələ barədə də düşünmək lazımdır, çünki bazar iqtisadiyyatıdır. Zavod niyə işləmir, İqtisadi İnkişaf Nazirliyi bunu araşdırsın. Qubanın alma məsələsi neçənci dəfədir ki, Vahid Əhmədov və sizin tərəfdən qaldırılır".

Tibb Universitetinin prorektoru Rafiq Məmmədhəsənov büdcə layihəsini təqdir: "Bu sənədin hazırlanmasında əməyi olan bütün şəxslərə, xüsusən Maliyyə Nazirliyinə təşəkkür edirəm".

R. Məmmədhəsənov elm, təhsil və səhiyyə sahəsinə ayrılan vəsaitlərin az olduğunu deyib. O, müvafiq ayırmaların artırılmalı olduğunu vurğulayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə