Gürcü ekspert: "2008-ci ildə 5 il müddətinə müəyyənləşdirilmiş qiymətlərə yenidən baxılması mümkündür"
Gürcüstanın yeni hökumət başçısı Bidzina İvanişvilinin Azərbaycana mümkün səfəri zamanı Gürcüstan üçün yeni qaz qiymətləri müzakirə oluna bilər. Bunu gürcü ekspert Emzar Ceqenaya deyib.
Xatırladaq ki, Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR)ilə bağlanmış müqaviləyə əsasən, Gürcüstan Azərbaycan qazını istehlakçılar üçün 167 dollara, elektrik enerjisi istehsalçıları üçün 143 dollara alır. Gürcüstan hökuməti ilə SOCAR arasında imzalanmış memorandumda bildirilir ki, bu qiymətlər 5 il üçün nəzərdə tutulur. Emzar Ceqenayanın fikrincə, Bidzina İvanişvilinin səfəri zamanı qiymətlərə yenidən baxıla bilər.
Yanacaq-energetika məsələlərlə yanaşı Gürcüstanın yeni baş nazirinin Azərbaycana ilk səfəri çərçivəsində Gürcüstandakı Azərbaycan investisiyalarının müzakirələri də gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB