“İran Azərbaycana yardım etməyə hazırdır”

“İran Azərbaycana yardım etməyə hazırdır”

"BP şirkəti Mərkəzi Asiya ölkələrində xam neft hasilatını dayandırarsa, İran yaranacaq enerji kəsirini aradan qaldırmaq üçün Azərbaycana yardım etməyə hazırdır". "Fars" xəbər agentliyinin xəbərinə görə, bunu həftəlik mətbuat konfransında İran XİN-in nümayəndəsi Ramin Mehmanpərəst deyib.

Onun sözlərinə görə, İran qonşu ölkələrlə münasibətlərdə bütün potensialdan istifadə etməyə çalışır: "Biz dəfələrlə qonşularımızı ən çətin vaxtlarında dəstəklədiyimizi nümayiş etdirmişik".

İran rəsmisi Qərb ölkələrini bölgədə qeyri-stabillik yaratmaq və region ölkələrinin resurslarını qarət etmək cəhdlərində ittiham edib.

Bütün xəbərlər Facebook səhifəmizdə