İqtisadiyyat üzrə Nobel mükafatı Harvard Universitetinin professoru Elvin Rota və Kaliforniya Universitetinin professoru Lloyd Şepliyə verilib. SİA-nın məlumatına görə, bu qərarı Stokholmda Nobel Komitəsinin nümayəndəsi açıqlayıb.
Bu mükafatı 1968-ci ildən təqdim edən İsveç Bankının ekspertləri laureatların bu mükafata "bazarların formalaşmasına praktiki yanaşma"ya görə layiq görüldüyünü açıqlayıb. Açıqlamada bildirilir ki, Rot və Şepli müstəqil şəkildə araşdırmalar aparsalar da, onların nəzəriyyəsi bir çox bazarların işini yaxşılaşdırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB