"Hazırda siğorta- pensiya sisteminin 2020-ci və 2040-cı illər üçün perspektiv inkişaf istiqamətlərinin müəyyənləşdirilməsi məqsədi ilə aktual tədqiqatlar aparılır". SİA-nın məlumatına görə, bunu Dövlət Sosial Müdafiə Fondunun (DSMF) sədri Səlim Müslümov deyib.
DSMF sədri prezident İlham Əliyevin təsdiq etdiyi "2009-2015-ci illərdə Azərbaycan Respbulikasında sığorta- pensiya sisteminin inkişafına dair Dövlət Proqramı" çərçivəsində sığorta- pensiya sistemində islahatların davam etdiyini vurğulayıb.
Onun sözlərinə görə, həmin tədqiqatların nəticələrinə uyğun olaraq maliyyə dayanıqlığının təmin edilməsi üçün tədbirlər görülür: "Bununla yanaşı, pensiya təyinatının avtomatlaşdırılması və elektron xidmətlərinin tətbiqinin genişləndirilməsi, sığorta- pensiya sistemində yığım komponentinin tətbiqi, qeyri- dövlət pensiya institutlarının inkişafı, sistemdaxili normaların sərtləşdirilməsi istiqamətlərində müvafiq addımlar atılır".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB