Bu gün Muğam Mərkəzində Beynəlxalq Humanitar Forum çərçivəsində "İnkişafın iqtisadi modellərinin humanitar aspektləri" mövzusunda bölmə iclası işə başlayıb. SİA-nın verdiyi xəbərə görə, Bakıda "XXI əsr: ümidlər və çağırışlar" devizi ilə keçirilən Beynəlxalq Humanitar Forum çərçivəsində baş tutan iclasda iqtisadi inkişafın sosial meyarları müzakirə olunub.
Tədbirdə Rusiya Federasiyası Hökuməti yanında Xalq Təsərrüfatı Akademiyasının rektoru Vladimir Mau, Azərbaycan Respublikası Dövlət Neft Fondunun icraçı direktoru Şahmar Mövsümov, Milli Məclisin elm və təhsil komitəsinin sədri, Azərbaycan Dövlət İqtisad Universitetinin rektoru Şəmsəddin Hacıyev, Yunanıstanın eks xarici işlər naziri Dori Bakayanis, Latviyanın eks prezidenti Vayra Vike-Freyberqa və digər şəxslər iştirak edib.
Millət vəkili Şəmsəddin Hacıyev çıxışında ən müasir texnologiyaların idxalının mümkün, lakin insan kapitalının idxalının qeyri-mümkün olduğunu bildirib: "Son 10 il ərzində dünya iqtisadiyyatı 2 dəfə artıb, nəticədə Ümumi Daxili Məhsul 60 trilyon ton olub. Təbii ki, insan sayı da durmadan artır. 80% insanın gündəlik gəliri 1 dollardan azdır. 1,5 milyard insansa aclıqdan əziyyət çəkir. Dünya iqtisadiyyatının inkişafından istifadə etməklə biz bunun qarşısını almalıyıq".
Onun sözlərinə görə, Azərbaycanın iqtisadi inkişafı əvvəlki dövrlərə nisbətdə sürətlə inkişaf edib və son illərdə yoxsulluq səviyyəsi 5,6% aşağı düşüb. Millət vəkili bunun üçün düşünülmüş strateji planların həyata keçdiyini vurğulayıb.
Daha sonra iqtisadiyyat üzrə Nobel mükafatı laureatı, professor Kennet Errou gələcəkdə qeyd olunacaq göstəricilərin bugünkü yerləşdirilən resurslardan asılı olduğunu bildirib: "İqtisadiyyatın inkişafında investisiya qoyuluşlarının da rolu çox böyükdür. Hər hansı bir investisiya qoyuluşunu edərkən indiki vəziyyəti və gələcəkdə əldə olunacaq qazanc əvvəlcədən təyin olunmalıdır. Təbii ki, iqtisadi inkişafa iqlim dəyişikliyi də öz təsirini göstərir".
Tədbirdə qeyd olunub ki, keçmişdə dominant valyuta funt və dollar idisə, bu gün avro dəyərinə görə onları üstələyir.
Daha sonra elmi konfrans iştirakçıların suallarının cavablandırılması ilə davam edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB