Qərb bölgəsində fəaliyyət göstərən sahibkarlara növbəti kreditlər verilib
İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Şəmkirdə növbəti müşavirə keçirilib. SİA-nın bölgə müxbirinin xəbərinə görə, tədbirdə rayonun aqrar potensialı və kənd təsərrüfatındakı əlverişli mühitdən istifadə məsəlləri müzakirə edilib. Tədbirdə bildirilib ki, bu gün Qərb bölgəsində əsasən soyuducu anbarların alınmasına kreditlərin ayrılması nəzərdə tutulur.
Tədbirdə Gəncə-Qazax iqtisadi rayonu üzrə 45 sahibkarlıq subyektinə ümumilikdə 600 min manatdan artıq vəsait verilib. Ayrılan kreditlər heyvandarlığın inkişaf etdirilməsi və üzümçülük sahələrinin genişləndirilməsinə yönəldiləcək.
Rəsmi statistikaya əsasən Qərb bölgəsində çalışan iş adamlarına cari ilin müvafiq dövrü ərzində investisiya layihələrinin də maliyələşdirilməsi daxil olmaqla dövlət tərəfindən 159 milyon manatdan artıq vəsait xərclənib.
İlham Məmmədov
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB