Neft yenə bahalaşdı

Sentyabrın 13-də Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin ixracına dair oktyabr müqaviləsinin dəyəri 1,30 dollar və ya 1,3% artaraq 1 barelə görə 98,31 dollar olub.

SİA-nın verdiyi xəbərə görə, sentyabrın 13-də ICE London qitələrarası birjasında oktyabrda ixrac etməklə Brent markalı neftin 1 barelinin dəyəri 0,94 dollar və ya 0,8% artaraq 116,90 dollar təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə