Neftçilər prospektinin Dəniz Vağzalının qarşısından Yusif Səfərov küçəsinədək olan hissəsində işlər sürətlə davam etdirilir. SİA-nın Azəryolservis ASC-nin rəsmi saytına istinadən verdiyi məlumata görə, 1,3km-lik hissənin artıq 800 metrinə üç laydan ibarət asfalt-beton örtük döşənib.
Hazırda 500m-lik hissədə düzləndirici qatın vurulması işləri həyata keçirilir. Hava şəraiti normal keçsə, yaxın bir neçə gündə işlər başa çatdırılacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB